RU

“CBC Sport” “Bayern”-PSJ oyununu niyə yayımlamadı? – Açıqlama


Ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Bavariya” – PSJ (0:1) matçı Azərbaycanda heç bir kanal vasitəsilə canlı yayımlanmayıb. Belə ki, əvvəlcədən “CBC Sport” qarşılaşmanı efirə verəcəyini açıqlasa da, bu baş tutmayıb.
Yeniavaz.com
xəbər verir ki, “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov məsələ ilə bağlı “Qafqazinfo”ya danışıb.
O bildirib ki, matçdan az əvvəl qəbuledici cihazda yaranan problem oyunun yayımlanmasına mane olub:
“Oyun başlamazdan 5-10 dəqiqə öncə qəbuledici yandı. Bütün testlər, digər texniki məsələlər qaydasında idi. Çalışırdıq ki, qəbuledicini düzəldək, amma bacarmadıq. Dedik ki, 2 saat ərzində nə zaman düzəlsə, elə ordan yayıma başlayaq. Amma alınmadı. Bununla bağlı bəyanat yayacağıq”.
Oyun zamanı izləyicilərin bir qismi “İctimai TV”ni də matçı yaylımlamadığına görə günahlandırıb. Kanal isə “Bavariya” – PSJ matçının yayım hüququnun onlarda olmaması barədə açıqlama yayıb:
Избранный
5
2
yeniavaz.com

6Источники