RU

Zamiqlə Vüsal Albaniyada qarşılaşdı

Albaniyada superliqasında 35-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların komandaları üz-üzə gəlib. Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" (Tirana) səfərdə Zamiq Əliyevin formasını geydiyi "Eqnatiya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki azərbaycanlı futbolçu start heyətində meydana çıxıb. Vüsal fasilədə əvəzlənib. 90 dəqiqə meydanda olan müdafiəçi Zamiq isə 17-ci dəqiqədə komandasının ilk qolunu vurub.

“Eqnatiya” 57 xalla 3-cü, “Partizani” isə 45 xalla 5-ci pillədə qərarlaşıb.

Избранный
18
2
football-plus.az

3Источники