RU

Smartfonlar yuxumuzu oğurlayır – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq

Yuxu beynin və orqanizmin bərpası üçün həyati əhəmiyyət daşıyır. Lakin telefon və sosial şəbəkələrin gecə istifadəsi yuxu keyfiyyətini pozur. Smartfon ekranlarından yayılan qısa dalğalı mavi işıq retinal reseptorlar vasitəsilə epifiz vəzində melatonin hormonunun sintezini azaldır. Melatonin yuxu-oyanıqlıq ritminin tənzimlənməsində əsas rol oynayır. Onun azalması yuxuya keçidi gecikdirir və dərin yuxu fazalarının strukturunu dəyişdirir. Bu isə səhər yuxudan oyandıqda yorğunluq, diqqət dağınıqlığı və emosional gərginlik kimi simptomlarla müşayiət olunur.

Aznews.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində nevropatoloq Kəmalə İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə davamlı məlumat əldə etmək və davamlı mesaj yazmaq beyində dopamin sintezini artırır:

“Dopamin beyində və bədəndə çox vacib rol oynayan neyrotransmitterdir və insanın müsbət stimullara yönəlməsini təmin edir. Davamlı stimullaşma tolerantlıq yaradır. İstifadəçi daha çox stimula ehtiyac hiss edir və nəticədə telefon qarşısında keçirdiyi vaxt artır. Bu isə yuxu müddətinin azalmasına, yuxunun keyfiyyətinin pozulmasına və gündüz yorğunluğuna səbəb olur.
Bundan əlavə, sosial şəbəkələrdəki xəbər axını və informasiya çoxluğu emosional gərginliyi artırır. Stress, təşviş və narahatlıq yuxu strukturunu pozur, xüsusilə dərin yuxu fazasını zəiflədir. Belə hallarda yuxusuzluq, yuxuya getməkdə çətinlik və tez-tez yuxudan oyanma halları daha çox müşahidə olunur. İnsan beyni gündəlik informasiya axınına öyrəşdiyi üçün yuxu zamanı da bu məlumatları emal etməyə çalışır. Nəticədə yuxu dərinliyini qorumaq çətinləşir və bərpaedici proseslər tam baş vermir”.

Kəmalə İsmayılova bildirib ki, yuxu keyfiyyətinin pozulması yalnız fiziki yorğunluğa səbəb olmur, həm də koqnitiv funksiyalara təsir edir:

Избранный
17
3
aznews.az

4Источники