ain.az, Konkret.az saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Rusiyada keçiriləcək tədbirlərdə iştirak etməyəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan bu barədə mayın 7-də jurnalistlərlə söhbətində danışıb.
“Mən mayın 9-da Rusiyada keçiriləcək tədbirlərdə iştirak edə bilməyəcəyəm”, – deyə Ermənistanın Baş naziri bildirib.
Onun sözlərinə görə, bu qərar seçkiqabağı təşviqat kampaniyasında iştirakı ilə bağlıdır.
Paşinyan qeyd edib ki, aprel ayında Rusiyaya səfəri zamanı bu barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verib:
“Rusiyaya aprel səfərim zamanı bunu həmin ölkənin Prezidentinə bildirmişəm”.
Xatırladaq ki, Rusiyada mayın 9-da ənənəvi olaraq SSRİ-nin Böyük Vətən müharibəsində qələbəsi münasibətilə tədbirlər keçirilir.
Qeyd edək ki, Ermənistanda iyunun 7-nə təyin edilmiş növbəti parlament seçkiləri öncəsi təşviqat kampaniyası mayın 8-dən iyunun 5-dək davam edəcək.
Ağagül Mürsəlov,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.