RU

FHN Heydər Əliyevin 103-cü ildönümü münasibətilə müsabiqə keçirdi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 7 may 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə DYMX-nin hissələri arasında təşkil edilmiş “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqəsinin final mərhələsi keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tədbirdə fövqəladə hallar nazirinin müavini daxili xidmət general-mayoru Yusif Nəbiyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşlarının hakimlik etdiyi və gərgin mübarizə şəraitində keçən final müsabiqəsinin nəticələrinə əsasən, Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsi “Ən yaxşı manqa” baxış-müsabiqəsində 1-ci yeri tutub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi və Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsi bölüşüb.

Избранный
2
6
publika.az

10Источники