RU

Rusiya Ukraynanı  İran dronları ilə VURDU

Vətəninfo.az xəbər verir ki, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri aprel ayında Rusiyanın həyata keçirdiyi hücumlar zamanı 6 mindən çox dron və raketi vurduğunu və ya sıradan çıxardığını açıqlayıb.

Məlumata görə, Rusiya son bir ay ərzində Ukraynaya qarşı:

• 6583 İran istehsalı “Shahed-136” dronu atıb, onların 5861-i (89%) vurulub;
• 141 qanadlı və ballistik raket istifadə edib, onların 89-u (63%-dən çox) məhv edilib.

Ukrayna HHM sistemlərinin aprel ayı üzrə ümumi effektivliyi 88,5% olub. Ən böyük dron hücumu aprelin 1-də, Rusiyanın 700 PUA atəşlədiyi gün qeydə alınıb.

Избранный
25
veteninfo.az

1Источники