Çinin iki sabiq müdafiə naziri, Vey Fenxe və Li Şanfu rüşvətxorluq ittihamı ilə iki illik möhlətlə ölüm cəzasına məhkum ediliblər.
Musavat.com xəbər verir ki, hər iki sabiq nazir barəsində hökm cümə axşamı günü elan olunub.
Qeyd edək ki, general-polkovniklər Li Şanfu və Vey Fenxe hələ 2024-cü ildə hərbi rütbələrindən məhrum edilərək Çin Kommunist Partiyası sıralarından xaric olunmuşdular.
Məlumat üçün bildirək ki, Li Şanfu 2023-cü ilin mart-oktyabr aylarında Çinin Müdafiə Nazirliyinə rəhbərlik edib.
Onun sələfi Vey Fenxe isə bu postu 2018-ci ilin martından 2023-cü ilin martına qədər tutub.
Musavat.com