ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 7 may, AZƏRTAC
Acarıstan Muxtar Respublikası ərazisində yaymlanan adjaratv.ge televiziyası və eyniadlı portal Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar material yayımlayıb.
AZƏRTAC xəbər verir ki, materialda Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumat verilir.
Eyni zamanda, yazıda Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə Nobel Qardaşları Batumi Texnoloji Muzeyində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir barədə məlumat yer alıb.
Həmçinin adjaratv.ge televiziyasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin regional əməkdaşlıq və enerji təhlükəsizliyi baxımından əhəmiyyətini əks etdirən "Dörddə bir əsr: Əsrin müqaviləsi" adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə Nobel qardaşlarının fəaliyyətini və regionda neft sənayesinin inkişafındakı texnoloji yenilikləri əks etdirən materiallar da təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.