RU

“Təhlükəsiz informasiya məkanı” Media savadlılığını gücləndirmək məqsədilə təlim keçirilib

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təhlükəsiz informasiya məkanı” layihəsi çərçivəsində maarifləndirici təlim keçirilib. Təlim gənc jurnalistlərin media savadlılığını gücləndirməyə və dezinformasiyaya qarşı dayanıqlı bacarıqlar formalaşdırmağa yönəlib.

Tədbirin açılışında layihə rəhbəri Bəsti Nəsibova çıxış edərək layihə haqqında ilkin məlumat verib. Bildirib ki, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-cı il tarixindən “Təhlükəsiz informasiya məkanı” layihəsinin icrasına başlayıb.

Layihə gənc jurnalistlərin media savadlılığının artırılması, dezinformasiyaya qarşı maarifləndirmənin gücləndirilməsi məqsədini daşıyır. Müasir dövrdə informasiya məkanında hibrid təhdidlərin, ideoloji təxribatların və yanlış məlumatların geniş yayılması fonunda gənc media nümayəndələrinin bu prosesləri düzgün tanıması və idarə etməsi xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra söz Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirovaya verilib. Aynur Nəsirova çıxışı zamanı müasir jurnalistikanın əsas çağırışlarından bəhs edərək bildirib ki, jurnalistlər üçün ən vacib məsələlərdən biri saxta xəbərləri real informasiyadan ayırmaq bacarığıdır:

“İnformasiya bolluğu şəraitində hər bir jurnalist yayımladığı xəbərin doğruluğunu yoxlamalı, mənbələrin etibarlılığını qiymətləndirməli və cəmiyyətə düzgün məlumat təqdim etməlidir. Saxta xəbərlərin yayılması həm ictimai rəyə, həm də medianın etibarına ciddi zərbə vurur”.

Aynur Nəsirova təlim zamanı süni intellektin media sahəsində artan roluna da toxunub. Vurğulayıb ki, bu texnologiyadan geniş istifadə olunsa da, jurnalistlər üçün onun düzgün və balanslı tətbiqi olduqca vacibdir:

“Bu gün təkcə adi istifadəçilər deyil, jurnalistlər də süni intellektdən aktiv şəkildə yararlanır. Lakin bu, peşəkar yanaşmanı əvəz etməməlidir. Jurnalist öz analitik düşüncəsini və araşdırma bacarıqlarını ön planda saxlamalıdır”.

Həmçinin qeyd edib ki, əvvəllər jurnalistlər tədbirlər zamanı əsas məlumatları dəftərlərində qeyd edirdilərsə, bu gün texnologiyanın inkişafı ilə həmin proses daha çox mobil telefonlar vasitəsilə həyata keçirilir. Bununla belə, jurnalistikanın mahiyyətinin dəyişmədiyini və əsas prinsipin yenə də dəqiqlik və operativlik olduğunu diqqətə çatdırıb.

Təlim çərçivəsində gənc jurnalistlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr keçirilib.

Sonda iştirakçılarla xatirə fotosu çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
icma.az

3Источники