RU

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

Ekologiya.az bildirir ki, nazir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.


Daha sonra İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad, Kürdəmir və digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müraciətləri dinlənilib. Müraciətlərin operativ və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.


Qaldırılan məsələlərin böyük hissəsi yerində həll olunub, digər müraciətlər isə nəzarətə götürülüb.


Səfər çərçivəsində polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı da keçirilib. Seçim turunda xidmətə qəbul şərtlərinə uyğun gələn 216 nəfər növbəti mərhələyə buraxılıb.

Избранный
2
8
ekologiya.az

10Источники