RU

"Bu il bizə ikiqat sevinc oldu” - Çingiz Əhmədov özünün və oğlunun mükafatlandırılmasından DANIŞDI

Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Prezident mükafatına layiq görülən sənətçilər arasında Əməkdar artist Çingiz Əhmədov və onun oğlu, aktyor İbrahim Əhmədov da yer alıb.

Mükafatlandırma xəbəri ilə bağlı Redaktor.az-a təəssüratlarını bölüşən Çingiz Əhmədov sevincini gizlətməyib.

O bildirib ki, uzun illərdir teatr səhnəsində davam edən fəaliyyəti bu cür yüksək qiymətləndirilib:

“Cənab prezidentə minnətdarlığımı bildirirəm. 42 ildir Akademik Musiqili Teatrda çalışıram. Bu il bizə ikiqat sevinc oldu”.

Sənətçi xüsusilə oğlunun da mükafata layiq görülməsini böyük qürur hissi kimi qiymətləndirib:

“İbrahim də bu mükafata düşdü. Onun Azərbaycan kinosunda və Akademik Rus Dram Teatrında böyük rolları var. Həqiqətən də zəhməti yerdə qalmadı”.

Çingiz Əhmədov dövlət başçısına təşəkkür edərək bu diqqətin sənət adamları üçün böyük motivasiya olduğunu vurğulayıb və gələcəkdə də ölkənin mədəni həyatında fəal olmağa hazır olduqlarını bildirib:

“Var olsun cənab prezident, hər zaman onun yanındayıq”.

Aminə ŞAHSUVARQIZI

Избранный
27
1
redaktor.az

2Источники