RU

Körfəz ölkələri iqtisadiyyatı təhlükədə

Yaxın Şərqdə artan gərginlik Körfəz ölkələrinin iqtisadiyyatına ağır zərbə vurmağa başlayıb. Strateji enerji obyektlərinə edilən hücumlar və nəqliyyat yollarının bağlanması qlobal enerji bazarları üçün ciddi risklər yaradır.

“BBC” xəbər verir ki, son aylarda xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) və neft infrastrukturuna dəyən ziyan Asiya bazarlarına enerji tədarükündə fasilələrə yol açıb. Əsas ixrac mərkəzlərində istehsalın dayanması və Hörmüz boğazındakı daşımaların məhdudlaşması region ölkələrini çətin vəziyyətdə qoyub. Mütəxəssislər vurğulayırlar ki, enerji infrastrukturuna dəyən ziyanın aradan qaldırılması illərlə vaxt apara bilər.

Böhran sadəcə enerji sektoru ilə də məhdudlaşmır. Belə ki, Körfəzin populyar turizm mərkəzlərində uçuşların ləğvi və otel rezervasiyalarının kəskin azalması müşahidə olunur. Beynəlxalq maliyyə qurumları region üzrə iqtisadi artım proqnozlarını aşağı salıb. Enerji gəlirlərindən asılı olan ölkələrin büdcələrində ciddi kəsirlər yaranması ehtimalı artır. Davam edən qeyri-müəyyənlik xarici investisiyaların axınını zəiflədir.

Mövcud vəziyyət Körfəz ölkələrini iqtisadi strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edir. Hazırda enerji ixracı üçün alternativ boru kəmərlərinin və marşrutların yaradılması, həmçinin iqtisadiyyatın neftdən asılılığının azaldılması regionun əsas prioritetinə çevrilib. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
34
azerbaijan-news.az

1Источники