RU

“Siyahıda yeni adları görmək sevindiricidir” Anar Heybətov

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Prezident mükafatına layiq görülən sənətçilər arasında Əməkdar artist Anar Heybətov da yer alıb.

Sənətçi mükafatla bağlı təəssüratlarını Redaktor.az-la bölüşərək bu diqqəti yüksək qiymətləndirdiyini bildirdi.

O, əvvəlcə bu mükafata layiq görülən hər kəsə göstərilən diqqətə görə təşəkkürünü ifadə etdi:

“Təəssüratlarım çox yaxşıdır. İlk öncə bu mükafatlara layiq görülən hər kəsə təşəkkürümüzü bildiririk. Başda cənab prezident olmaqla, Mədəniyyət Nazirliyinə də minnətdarıq”.

Anar Heybətov əlavə etdi ki, siyahıda yeni adların yer alması onu xüsusilə sevindirib:

“Siyahıya baxdım, yeni adlar gördüm və bu məni sevindirdi. Sizin vasitənizlə hər kəsi təbrik edirəm.”

Əməkdar artist Prezident mükafatının sənət adamları üçün həm böyük dəyər, həm də məsuliyyət olduğunu vurğuladı və bütün həmkarlarına yeni yaradıcılıq uğurları arzuladı.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
redaktor.az

2Источники