RU

Fidan Hacıyeva: Yubiley ilimdə Prezident mükafatına layiq görülmək qürurvericidir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Bu il mənim yubiley ilimdir – sentyabrda 50 yaşım tamam olur. Eyni zamanda, artıq 30 ildir ki, opera səhnəsində fəaliyyət göstərirəm. Oktyabrda isə artıq üçüncü dəfə keçiriləcək və adımı daşıyan Beynəlxalq Opera Festivalına hazırlaşırıq. Bu gün isə Prezident mükafatına layiq görülməyim mənə böyük stimul verdi. Göstərilən bu etimada görə ölkə başçısına minnətdarlığımı bildirirəm.

Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Fidan Hacıyeva deyib.

O bildirib ki, dövlət tərəfindən mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğı onların daha böyük həvəslə fəaliyyət göstərməsinə imkan yaradır.

Xalq artisti bildirib ki, adımı daşıyan musiqi məktəbi fəaliyyət göstərir: “Onlarla birlikdə böyük bir layihə üzərində işləyirik. Tezliklə bu layihələrlə tamaşaçıların qarşısına çıxacağıq”.

Müxbir - Gülay Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
1
azertag.az

2Источники