ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 7 may, AZƏRTAC
Taekvondo üzrə Azərbaycan millisinin Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Münxendə təşkil olunacaq turnirdə ölkəmizi 9 idmançı təmsil edəcək.
Kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Məhərrəmli (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram) və Elcan Əliyev (80 kiloqram), qadınlar arasında isə Minayə Əkbərova (46 kiloqram), Səmərrux Osmanova (49 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) dayanq üzərinə çıxacaqlar.
Qeyd edək ki, turnir mayın 11-dən 14-dək təşkil olunacaq.
Müxbir – Cavid Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.