RU

Rusiyanın sualtı qayıq və korveti missiyanı başa vuraraq Vladivostoka qayıdıb

“Petropavlovsk-Kamçatski” dizel-elektrik sualtı qayığı, "Qromki" korveti və “Andrey Stepanov” dəniz yedək gəmisindən ibarət Sakit okean donanması dəstəsi Asiya-Sakit okean bölgəsinə uzun məsafəli səyahətini başa vuraraq Vladivostoka gəlib.

Herbiand.az bildirir ki, bu barədə Sakit okean donanmasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, qrup martın əvvəlində Vladivostokdan yola düşüb. Qrup uzun məsafəli səyahət zamanı İndoneziyanın Cakarta və Çinin Çindao şəhərlərinə səfərlər edib.

"Rusiya dəniz qüvvələrinin şəxsi heyəti işgüzar səfərləri zamanı protokol, idman və mədəni tədbirlər, eləcə də Çin və İndoneziya donanmalarının hərbçiləri ilə təcrübə mübadiləsi aparmaq üçün konfranslar keçiriblər", - mətbuat xidməti bildirib.

Səyahət zamanı qrup təxminən 9000 dəniz mili qət edərək 7 dəniz və 4 boğazdan keçib.

Bəxtiyar CƏFƏRLİ



Избранный
20
herbiand.az

1Источники