RU

Məşhur reper narkotik satdığına görə həbs olundu

Məşhur reper Kodak Black (əsl adı — Bill Kahan Kapri) ABŞ-ın Florida ştatında həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Kapri stimullaşdırıcı təsirə malik sintetik narkotik maddə satmaqda ittiham olunur. Sənətçinin vəkili Bredford Koenin sözlərinə görə, həbs 2025-ci ilin noyabrında başlanmış cinayət işi ilə bağlıdır. Avtomobildə aparılan axtarış zamanı polislər öskürək şərbəti şüşəsinin üzərində repçinin barmaq izlərini aşkar ediblər. Vəkil vurğulayıb ki, maşının daxilində müğənninin özü olmayıb.

Koen Kodak Black-ə qarşı irəli sürülən ittihamların hüquqi əsasının zəif olduğuna əmindir. O, bu ittihamlarla bağlı etiraz etmək niyyətindədir.

Kapri əvvəllər də dəfələrlə narkotik və silah saxlama, habelə hücum, döymə və qanunsuz daxil olma hallarına görə saxlanılıb.

Избранный
20
publika.az

1Источники