RU

Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini Oleksi Kuleba ilə görüşüb.

AFN.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə olunub.

R. Nəbiyev bildirib ki, beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalanıb:

"Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına şərait yaradacaq".

Избранный
16
21
afn.az

10Источники