RU

Avroliqa: “Aston Villa” və “Frayburq” finalda! – ARENA.AZ

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

“Frayburq” Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşündə “Braqa” qalib gəlmişdi. Cavab görüşündə həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmış Almaniya təmsilçisi finala yüksələn tərəf olub.

Günün digər oyununda İngiltərənin iki təmsilçisi – “Nottingem Forest”lə “Aston Villa” qarşılaşıb. İlk görüşdə tək qolla uduzmuş “Aston Villa” evdə həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb və həlledici oyunda iştirak hüququ qazanıb.

Xatırladaq ki, Avroliqada final görüşü mayın 20-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
7 may

Frayburq (Almaniya) – Braqa (Portuqaliya) 3:1
Qollar: Lukas Kubler, 19; 72. Yohan Manzambi, 41 – Pau Viktor, 79.
Baş hakim: Davide Massa (İtaliya).
Frayburq. “Europa Park” stadionu.
İlk oyun 1:2.

Aston Villa (İngiltərə) – Nottingem Forest (İngiltərə) 4:0
Qollar: Olli Uotkins, 36. Emiliano Buendiya, 57-pen. Con Makqinn, 77; 80.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Birmingem. “Villa Park” stadionu.
İlk oyun 0:1.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
5
5
arena.az

10Источники