BAKI, 8 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trump Hörmüz boğazında İranın hücumuna məruz qalan ABŞ esmineslərinin zərər görmədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Üç ABŞ esminesi indicə atəş altında Hörmüz boğazından uğurla çıxıb. Bu esmineslərə heç bir ziyan dəyməyib”, - ABŞ prezidenti bildirib.
Tramp qeyd edib ki, həmin hərbi gəmilər yenidən İran ətrafında həyata keçirilən dəniz blokadasına qoşulacaq.
“Bu üç esmines və onların möhtəşəm heyəti yenidən əsl polad divar olan dəniz blokadamıza qoşulacaq”, – o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ esmineslərinə hücumundan sonra İranın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlamışdı.