RU

Uşaqların bu qədər asan vasitələrlə pul toplaması yolverilməzdir

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkələrdə azyaşlıların hər addımının canlı yayımda paylaşılması cəmiyyətdə narazılıq doğurur. Valideynlərin uşaqları yatarkən, yemək yeyərkən və ya gecənin gec saatlarında kamera qarşısında saxlaması artıq kütləvi hal almağa başlayıb. Bir çox istifadəçi bu mənzərəni uşaqların məxfiliyinin pozulması və psixoloji təhlükəsizliyin itirilməsi kimi dəyərləndirir. İzləyici kütləsi toplamaq və hədiyyələr vasitəsilə gəlir əldə etmək üçün uşaqların istismar olunması yeni bir virtual trendə çevrilib. Bu vəziyyət azyaşlıların gələcək inkişafına və sosial adaptasiyasına mənfi təsir göstərir.Milli Məclisin deputatı Fazil Mustafa məsələ barədə Demokrat.az-a danışıb. O deyib ki, azyaşlıların sosial şəbəkələrdən bu formada istifadəsini məhdudlaşdırmaq artıq həyati zərurətə çevrilib:“Bu istiqamətdə qanunvericilikdə müəyyən məhdudiyyətlər mövcud olsa da, hələ ki, arzu olunan effekti vermir. Ona görə də məsələdə daha prinsipial və sistemli yanaşma tətbiq olunmalıdır. Uşaqların bu qədər asan vasitələrlə həm pul toplaması, həm də özlərini reklam etməsi, daha sonra isə inzibati qaydaların pozulmasına yönələn davranışlar sərgiləməsi yolverilməzdir. Bu istiqamətdə cəmiyyətdən də ciddi çağırışlar səslənir və bu çağırışlar qanunvericilikdə nəzərə alınmalıdır. Eyni zamanda valideynlərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki uşağın ilk nəzarət və tərbiyə mühiti ailədir və bu prosesdə əsas məsuliyyət valideynlərin üzərinə düşür”.Qısası, valideynlərin pul qazanmaq və ya məşhurlaşmaq naminə uşaqlarını saatlarla canlı yayımda saxlaması həm qanuni, həm də mənəvi baxımdan böyük risklər yaradır və buna qarşı daha sərt tədbirlərin görülməsi tələb olunur.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
demokrat.az

1Источники