RU

Rüsumlar üçün başqa yol tapacağıq - Donald Tramp

Rüsumlar üçün başqa yol tapacağıq - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp idxal olunan mal və xidmətlərə tətbiq edilən 10 faizlik rüsumları qanunsuz hesab edən məhkəmə qərarına münasibət bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Beynəlxalq Ticarət Məhkəməsinin qərarının onu təəccübləndirmədiyini vurğulayıb: "Məhkəmə məsələlərində artıq heç nə məni təəccübləndirmir".

Tramp administrasiyasının hər zaman alternativ yollar tapdığını qeyd edərək, rüsumların yığılması üçün yeni üsullardan istifadə olunacağına işarə vurub: "Biz həmişə başqa bir yol tapırıq. Məhkəmə qərarını alırıq və fərqli bir çıxış yolu müəyyən edirik".

Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi (IEEPA) bəhanəsi ilə rüsumların tətbiqini qanunsuz saymışdı. Buna baxmayaraq, fevralın 24-dən etibarən 150 gün müddətinə 10 faizlik qlobal rüsumların tətbiqinə başlanılmışdı. Məhkəmənin mayın 7-də çıxardığı son qərar isə 1974-cü il Ticarət Aktının 122-ci maddəsinə əsaslanan bu addımın hüquqi əsaslarını yenidən sual altına qoyur.

Избранный
28
afn.az

1Источники