RU

Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası 1/4 final oyununa çıxacaq

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.

"Far.Az"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Monqolustan millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də start götürəcək. Bu matçın qalibi yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.

Избранный
28
1
far.az

8Источники