RU

21 gündən çox davam edən öskürək bu xəstəliyinƏLAMƏTİDİR

21 gündən çox davam edən öskürək vərəm və ya xərçəng kimi ciddi xəstəliklərin əlaməti ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin terapevti Yana Fomina “Gazeta.ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, üç həftədən artıq davam edən öskürək zamanı özbaşına dərman qəbul etmək əvəzinə mütləq həkimə müraciət edilməlidir. O qeyd edib ki, belə hallarda flüoroqrafiya, ümumi qan analizi və iltihabı göstərən C-reaktiv zülal testi aparılmalıdır.

Yana Fomina bildirib ki, ağciyər görüntüsündə kölgələnmə aşkar olunarsa, bunun 70 faiz hallarda uzun sürən pnevmoniya, 20 faiz hallarda vərəm, 10 faiz hallarda isə onkoloji xəstəliklə əlaqəli ola biləcəyi ehtimal edilir. Onun sözlərinə görə, erkən mərhələdə aşkarlanan xərçəngin müalicəsi mümkündür.

Mütəxəssis əlavə edib ki, bəzən öskürəyin səbəbi ağciyərlərlə bağlı olmur. Burun axıntısının boğaza axması, sinusit, mədə turşusunun qida borusuna geri qayıtması kimi problemlər də uzunmüddətli öskürəyə səbəb ola bilər.

Həkim həmçinin bəzi təzyiq dərmanlarının yan təsir kimi quru öskürək yaratdığını vurğulayıb. Bundan başqa, siqaret çəkmək, allergiya, astma, zərərli istehsalat sahələrində işləmək və xroniki ağciyər xəstəlikləri də davamlı öskürəyə yol aça bilər.

NURİYYƏ

Избранный
79
1
redaktor.az

2Источники