RU

ABB-nin Özbəkistanda almaq istədiyi bankın adı açıqlandı

Bu ilin II yarısında "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkədə fəaliyyətə başlayacaq.

Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb. ​Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik və ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq", - deyə o qeyd edib.

Bundan başqa, A.İbrahimov deyib ki, kənar audit yoxlamasına əsasən, ABB ötən ili 404,5 milyon manat xalis mənfəətlə başa vurub:

"Bu, əvvəlki illə müqayisədə 12,4 % çoxdur. Bankımız 2025-ci ili həm də əhəmiyyətli böyümə ilə başa vurüb. O cümlədən, kredit portfelimiz 2024-cü illə müqayisədə 12 % artaraq 7 milyard manatı keçib. Aktiv müştərilərimizin sayı il ərzində 15% artım nümayiş etdirib".

İş elanları AzVak.az-da

© "Report" 

ABB Davr Bankabbazərbaycan beynəlxalq bankıabb davr bankabb özbəkistanabb özbəkistanda fəaliyyətabb davr bank satınalmadavr bank özbəkistanabb beynəlxalq genişlənməabb abb asiya bazarıabb idarə heyətinin sədri abbas ibrahimovabb maliyyə nəticələri 2025abb xalis mənfəətabb kredit portfeliabb aktiv müştərilərabb bank xəbərləri
Избранный
12
3
marja.az

4Источники