RU

Bəxtiyar Aslanbəyli: Dövlət-biznes dialoqu risklərin azaldılması üçün vacibdir

Azərbaycanda biznes mühiti üçün qeyri-müəyyən risklər sırasında həm şirkətdaxili, həm də şirkətxarici amillərin xüsusi rol oynayır.  Bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, şirkətlərin idarə edə bilmədiyi əsas risklərdən biri geosiyasi qeyri-müəyyənlikdir. Bu isə logistik, maliyyə, təhlükəsizlik və digər istiqamətlərdə çətinliklər yaradır.

"Bəzi risklərin idarə olunması şirkətlərin imkanlarından kənarda qalır. Bu səbəbdən biznes subyektlərinin ən azından həmin risklər barədə məlumatlı olması üçün tənzimləyici qurumlar tərəfindən maarifləndirici və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. İslahatlar dövründə qanunvericilik və qaydalarda tez-tez dəyişikliklərin baş verməsi bəzən əvvəlcədən nəzərdə tutulmayan fəsadlara səbəb ola bilir. Bu baxımdan dövlət qurumları ilə biznes icmaları arasında dialoqun gücləndirilməsini vacib hesab etməlidirlər.Eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi prosesində müəyyən sektorların stimullaşdırılması zamanı digər sahələrə arzuolunmaz təsirlərin yarana biləcəyi  nəzərə alınmalıdır. Bu risklərin qiymətləndirilməsi də dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində aparılmalıdır. Rəqəmsallaşma və texnoloji dəyişikliklər fonunda kiber təhlükəsizlik və risk idarəetməsi sahəsində ixtisaslı kadr ehtiyacını artmalıdır. Şirkətlərdə kiber təhlükəsizlik risklərinin ayrıca qiymətləndirilməsi vacibdir",- o bildirib.

Aytac Zeynalova

 

Избранный
3
2
anews.az

10Источники