RU

Polisin ötən gün aşkarladığı silah-sursatın sayı açıqlandı

Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Избранный
15
49
publika.az

10Источники