Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dünyaca məşhur “Mercedes-Benz” markası “G-Class” modelinin dizaynının zamansız olduğunu nümayiş etdirmək üçün qeyri-adi layihəyə imza atıb.
Avtosfer.az xəbər verir ki, “Mercedes-Benz” tərəfindən təqdim edilən “Zamandan güclü” adlı layihə avtomobil dünyasında böyük maraqla qarşılanıb. Layihə çərçivəsində 2,5 ton ağırlığında olan “G-Class” modeli 52 tonluq nəhəng kəhrəba rəngli sintetik qətran qəfəsin mərkəzinə xüsusi dəqiqliklə yerləşdirilib.
Şirkətin təqdim etdiyi məlumata görə, bu nəhəng konstruksiyanın hazırlanması aylarla davam edib. Məqsəd isə avtomobili sanki havada asılı vəziyyətdə göstərmək və modelin “zamansız ikon” olduğunu simvolik şəkildə nümayiş etdirmək olub.
Layihə qədim dövrlərdə ağac qatranında qorunaraq günümüzə qədər gəlib çatan həşəratlara bənzədilərək hazırlanıb. Bununla “Mercedes-Benz” “G-Class” modelinin illər keçsə belə dəyərini və xarakterini itirməyəcəyini vurğulayıb.
Avtomobil həvəskarları və dizayn mütəxəssisləri layihəni həm mühəndislik baxımından, həm də marketinq strategiyası baxımından avtomobil sənayesinin ən diqqətçəkən işlərindən biri kimi qiymətləndirirlər. Sosial şəbəkələrdə yayılan görüntülər isə qısa zamanda milyonlarla baxış toplayıb.
Qeyd edək ki, “Mercedes-Benz G-Class” uzun illərdir öz klassik dizaynını qoruyaraq avtomobil dünyasının ən tanınan və prestijli yolsuzluq modellərindən biri hesab olunur.
Eltac Zülfüqaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.