RU

Bu şirniyyatı yedi, inanılmaz sərvət sahibi oldu - FOTO

ABŞ-də yaşayan bir şəxs sadə görünən bir vərdiş sayəsində milyonlarla dollar qazanıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, investor uzun illər boyunca məşhur bir puding markasının məhsullarını toplu şəkildə alaraq xüsusi kampaniyadan faydalanıb.

Hadisə 1990-cı illərdə baş verib. “Healthy Choice” şirkəti məhsul qapaqlarını toplayan şəxslərə hava mili hədiyyə edən kampaniya başladıb. Riyaziyyat müəllimi Devid Fillips isə sistemi hesablayaraq ən sərfəli məhsulun puding olduğunu müəyyən edib. O, minlərlə puding alaraq milyonlarla hava mili qazanıb.

Sonradan həmin millərdən istifadə edərək çoxsaylı səyahətlər edib və müxtəlif üstünlüklər əldə edib. Hadisə ABŞ-də uzun illər “pudinglə sərvət qazanan adam” kimi məşhurlaşıb.

Bu maraqlı hekayə daha sonra media və sənədli filmlərə də mövzu olub.

Musavat.com 

Избранный
6
1
musavat.com

2Источники