ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Argentina millisi Amerika Kubokunda Kanadanı məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, “tanqoçular”ın kapitanı Lionel Messi görüşdən sonra qələbəni şərh edib:
“Bilirdik ki, çətin oyun olacaq. İlk hissədə gərginliyimiz çatmadı, amma sonda qələbəyə sevindik. Çox səbirli oynamalı və anı gözləməliyik. Bəzi epizodlarda ləngliyimiz mane oldu”.
Argentina A qrupunda Kanadayla yanaşı, Peru və Çili ilə mübarizə aparır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.