RU

Gənc oğlan Etibar Məmmədovun evini qarət etdi- "Etibar babanın pullarını oğurladım, qızlarla yeyib -içdik"

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.

Aznews.az xəbər verir ki, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb.

Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.

İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb. Orxan Məmmədovun iş adamı olduğu deyilir.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

“Etibar babanın evində nəyin harada olduğunu yaxşı bilirdim”

Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, körpəlikdən Bilgəh qəsəbəsində Etibar Məmmədova məxsus evdə ata-anası ilə birgə yaşayır: “Atam Ramil bağ evində bağbanlıq, anam isə xadiməlik edib. Burada böyüdüyüm üçün Etibar babaya məxsus bağ evində nəyin harada olduğunu yaxşı bilirdim.

İlk dəfə evin 3-cü mərtəbəsində yataq otağındakı dolabda, paltarların altında gizlədilmiş 2 “paçka”nın birindən 3 ədəd 100 dollar çıxardım. Ona görə cəmi 3 ədəd 100 dollarlıq əskinası götürdüm ki, əgər Zenfira xala pulu yoxlamaq istəsə, “paçka”dan 300 dolların əskik olduğunu hiss eləməsin.

Həmin gün dostlarım Rəhman və Ağaverdiyə zəng etdim, bildirdim ki, məndə bir qədər pul var, yeyib-içək.

Rəhman dedi, Məhəmməd adlı dostu bizi öz avtomobilində gəzdirsin, onun qəşəng qız tanışları da olur. Bu minvalla Məhəmmədin “Hyundai” markalı avtomobilində Rəhman və Ağaverdi məni Bilgəh qəsəbəsindəki Kardioloji sanatoriyanın qarşından götürdülər”.

“Bağda qızlarla yeyib-içdik”

Təqsirləndirilən şəxs deyib ki, Məhəmmədin Mərdəkan qəsəbəsində icarəyə götürdüyü bağ evində Sumqayıt şəhərindən gəlmiş 6 qızla yeyib-içib, əyləniblər: “Bir gün sonra Rəhmanla əlaqə saxlayıb onu Kardiologiya mərkəzinin qarşısında “Zəfəran” kafesində çay içməyə dəvət etdim. Rəhman, Məhəmməd və Aslan adlı dostlarım da kafeyə gəldilər. Söhbət əsnasında məndən soruşdular ki, iki gündə xərclədiyin pul haradandır?

Bildirdim ki, Etibar Məmmədovun evindən 300 dollar oğurlamışam. Ətraflı məlumat verdim ki, onun evinin yataq otağında paltar dolabının içərisində 2 “paçka” yüzlük dollar gizlədilib.

Bunu eşidən Məhəmməd qayıtdı ki, bir müddət əvvəl icarəyə avtomobil götürüb, ona pul lazımdır. Təklif etdi ki, evdən bir qədər də pul oğurlayım. O gün Etibar babanın evinə gedib daha 600 dollar götürdüm. Təxminən 2 saat sonra Məhəmməd və Rəhman Bilgəhdəki bələdiyyə binasının qarşısına gəldilər. Marketdə quraşdırılmış terminalda pulu Azərbaycan manatına çevirdik”.

Əlinin sözlərinə görə, pulu “Torqovı”da birlikdə xərcləyiblər: “Bu minvalla 2025-ci ilin müxtəlif günlərində evdən hissə-hissə ümumilikdə 19 000 dollar oğurladım. Təxminən 11 000 manatını Məhəmmədə xərclədim. Rəhmana isə 500 manatı əlbəəl verdim.

Aslana avtomobilinin təmiri üçün 1600 manat, Əlibaba adlı dostuma 800 manat vermişəm. Qalan pulları Məhəmməd, Aslan, Rəhman, Ağaverdi, Tamerlan və Əlibaba ilə birlikdə gecə klublarında və müxtəlif restoranlarda xərcləmişik”.

“Narahat olma, pul oğurlayacam”

Əli qeyd edib ki, 2025-ci il sentyabrın əvvəllərində Məhəmmədgil ona zəng edib bildiriblər ki, avtomobillə qəza törədiblər, təmirinə 1500 manat lazımdır: “Cavab verdim ki, narahat olma, Etibar babanın evindən pul oğurlayacam. Dəqiq tarixini bilmədiyim gündə səhv etmirəmsə, 1000 dollar götürdüm və Məhəmmədə verdim”.

Təqsirləndirilən şəxs deyib ki, Etibar Məmmədovun bacısının evində olan hovuzda dostları – Rəhman, Tamerlan, Aslan, Məhəmməd və Əlibaba ilə birlikdə əyləniblər: “Bir qədər sonra Məhəmməddən xahiş etdim ki, avtomobili versin, gedib mağazadan su alım. Bağ evindən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra təsadüfdən məni yol polisi saxladı. Avtomobil idarə etmək hüququm olmadığından maşın duracağa yerləşdirildi.

Избранный
10
26
aznews.az

10Источники