RU

Saxta kürüləri necə tanımaq olar?

Son yoxlamalar zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq evlərində istehlakçılara təbii balıq kürüsü adı ilə keyfiyyətsiz və süni məhsulların təqdim olunduğu üzə çıxıb. 

Nəzarət tədbirləri zamanı məlum olub ki, satışa çıxarılan bəzi məhsulların qablaşdırması və etiket məlumatları yoxdur, onların mənşəyi barədə sənədlər təqdim edilmir, hətta istifadə müddəti keçmiş məhsullara da rast gəlinir.

Qida eksperti Ağa Salamov Hit.az-a açıqlamasında deyib ki, bazarda satılan bütün süni kürülər eyni üsulla hazırlanmır və onların tərkibi bir-birindən fərqlənir: 

398707

“Məsələn, bəzi məhsullar alginat adlı maddə əsasında istehsal olunur. Dəniz yosunundan əldə edilən bu komponent maye formada olur və ona müxtəlif dadvericilər, şirələr və əlavələr qatılaraq kürü görünüşlü məhsul hazırlanır. Bu cür məhsulların tərkibində müxtəlif konservantlar və süni boyaq maddələri istifadə oluna bilər ki, bu da sağlamlıq üçün risk yarada bilər”. 

Ekspertin dediyinə görə, bəzi növ saxta kürüləri adi gözlə müəyyən etmək çətin olsa da, laborator müayinələr vasitəsilə onların hansı maddələrdən və hansı üsulla hazırlandığını aşkar etmək mümkündür. 

Günel Cəlilova

Избранный
10
2
hit.az

7Источники