RU

Bu qəzada 2 nəfər öldü, 51 nəfər yaralandı

Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın qərbində yerləşən Herat əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 2 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, ilkin məlumata əsasən, sürücü ehtiyatsızlıq səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Yaralıların yaxınlıqdakı tibb müəssisələrinə çatdırıldığı, onların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır./“Ariana News”/

Избранный
4
3
hafta.az

4Источники