RU

ABB müştərilərin 3,96 milyon manatını dələduzluq cəhdlərindən qoruyub

ABB rəqəmsal bankçılıq xidmətlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə MyGov və ASAN platformaları ilə inteqrasiyanı genişləndirib. Metbuat.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. "Bu inteqrasiya sayəsində müştərilər mühüm sənədlərə rəqəmsal şəkildə daha rahat çıxış əldə edirlər. Eyni zamanda bank əməliyyatlarının təhlükəsizliyi beynəlxalq PCI Security Standards Council tərəfindən müəyyən edilən PCI DSS 4.0 standartına uyğunluqla bir daha təsdiqlənib.ABB mobile tətbiqinə əlavə edilən SIM kilidi qoruma funksiyası isə gündəlik istifadə olunan 3 milyondan çox cihazda təhlükəsizlik səviyyəsinin artırılmasına imkan yaradıb. Görülən tədbirlər nəticəsində bank müştərilərinin ümumilikdə 3,9 milyon manatdan artıq vəsaitini müxtəlif fırıldaqçılıq cəhdlərindən qoruyub".Sədr qeyd edib ki, bank paralel olaraq kağızsız bankçılıq modelinin genişləndirilməsi istiqamətində də addımlarını sürətləndirir:"Hazırda filial əməliyyatlarının 90%-i kağız istifadəsi olmadan həyata keçirilir. Kredit rəsmiləşdirilməsi üzrə bu göstərici 96,3%, kart sifarişlərində 91,3%, əmanət yerləşdirilməsində isə 80,4% təşkil edir".ABB-nin açıqladığı göstəricilərə əsasən, resurs sərfiyyatında da azalma qeydə alınıb. Belə ki, işçi başına düşən ümumi istixana qazı emissiyası 13,4%, dizel sərfiyyatı 21%, benzin sərfiyyatı isə 15% azalıb.

Bank həmçinin ekoloji maarifləndirmə istiqamətində rəqəmsal həlləri genişləndirərək 35 min müştərinin karbon izi kalkulyatorundan istifadə etməsinə şərait yaradıb. Ümumilikdə isə 7 milyon tranzaksiya üzrə karbon izi hesablanıb.

Избранный
9
1
metbuat.az

2Источники