RU

ABŞ aviaşirkətlərinin yanacaq xərci bir ayda 56% artdı – “Bloomberg”


ABŞ aviaşirkətlərinin təyyarə yanacağının qiyməti mart ayında İranla bağlı münaqişə səbəbindən fevral ayı ilə müqayisədə 56,4% artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
 Agentliyin məlumatına görə, ABŞ aviaşirkətləri yanacağa 5,06 milyard dollar xərcləyiblər ki, bu rəqən fevral ayında 3,23 milyard dollar olub. 2025-ci ilin mart ayı ilə müqayisədə bu, təxminən 30% artım deməkdir.
Xərclərin kəskin artması İranla bağlı münaqişənin başlamasından və Hörmüz boğazının bağlanmasından sonra baş verib. Aprel ayında bəzi bölgələrdə reaktiv yanacağın qiyməti qallon üçün 4 dolları keçib.
Xərclər artdıqca, aviaşirkətlər 2026-cı il üçün proqnozlarını yenidən nəzərdən keçirir və ya tamamilə imtina edirlər.
Избранный
64
yeniavaz.com

1Источники