Bakupost saytına istinadən ain.az xəbər verir.
Azərbaycanda yaxın aylarda yüksək dozalı C vitamini preparatlarından olan “Pascorbin” 7.5 g/50 ml dərmanı tapılmayacaq.
Belə ki, məlumatlara görə, “Pascorbin”in ölkədə qeydiyyat müddəti bu ilin mayın 21-də başa çatır. Bu səbəbdən yeni qeydiyyat prosesi başa çatanadək preparatın yeni partiyasının idxalı mümkün olmayacaq.
Proqnozlara görə, preparat yenidən satışa 2026-cı ilin oktyabrında çıxarılacaq.
Qeyd edək ki, həmin preparatdan onkoloji xəstələrdə, immunitet zəifliyində, infeksion və virus xəstəliklərində, vərəm xəstəliklərində istifadə edilir.
Tibb elmləri doktoru Adil Qeybulla Bakupost.az-a bildirib ki, poskarbin olmadığı müddətdə onu C vitaminin böyük dozaları ilə əvəzləmək olar:
““Poskarbin” vitamin C və onun yüksək konsentrasiyalı bir variantıdır. Bu dərman böyrəklərin funksiyasına müsbət təsir göstərir, vitamin C resursunun bədəndə artmasına və orqanizmin xəstəliklə mübarizədə resurs əldə etməsinə gətirib çıxarır.
“Poskarbin” olmadığı dövrdə vitamin C-nin böyük dozalarından istifadə etmək olar. Yəni 5, 6 və 10 ampul birgə istifadə etmək mümkündür. Amma bunları özbaşına təyin etmək olmaz. Yalnız həkim təyinatı ilə edilməlidir”.
Rüfət Sultan, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.