RU

Qlobal əməkdaşlıq: Əfsanəvi supermodellər sosial mediada eksklüziv seçimlərini təqdim edir

Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb.

Publika.az xəbər verir ki, Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb.

Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq “Trendyol”un
Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə inkişaf strategiyasını əks etdirir.

Dünyaya səs salan bu kampaniya çərçivəsində moda dünyasının məşhur simaları Adriana Lima və
Alessandra Ambrosio “Trendyol”un geniş məhsul portfelindən seçdikləri favorit parçaları izləyiciləri ilə bölüşərək öz fərdi üslub və moda baxışlarını ön plana çıxarıblar.

Türkiyə, Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkədə fəaliyyət göstərən Trendyol beynəlxalq mövqeyini yüksək səviyyəli tərəfdaşlıqlar vasitəsilə daha da gücləndirir. Şirkət ötən il keçirilən “Əfsanəvi noyabr” kampaniyası çərçivəsində dünya şöhrətli futbolçu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez ilə də əməkdaşlıq edib.

Избранный
4
3
publika.az

4Источники