RU

Ödəniş kartları ilə bağlı fırıldaqçılıq 5 dəfə artıb – 3 ayda 1,4 milyon manat çıxarılıb


Bu ilin ilk rübündə Azərbaycanda ödəniş kartları ilə bağlı ölkədaxili 4 995 fırıldaqçılıq əməliyyatı qeydə alınıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilir ki, həmin halların ümumi məbləği 1 milyon 350,5 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili fırıldaqçılıq hallarının sayı 5 dəfə, məbləği isə 3,1 dəfə artıb.
Hesabat dövründə ölkəxarici əməliyyatlar üzrə də artım müşahidə olunub. Belə ki, xaricdə qeydə alınan fırıldaqçılıq hallarının sayı 64,1 % artaraq 6 020-yə çatıb. Bu əməliyyatlar nəticəsində dəyən zərər isə 73,1 % yüksələrək 325,3 min manat olub.
Bildirilir ki, ölkədaxili fırıldaqçılıq hallarının 21,4 %-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Digər 78,6 % isə müxtəlif digər üsullarla həyata keçirilib. Xarici əməliyyatlarda isə halların 60,2 %-i kartın fiziki iştirakı olmadan baş verib, 39,8 %-i isə digər kateqoriyalara aid edilib.
Избранный
4
1
yeniavaz.com

4Источники