ain.az, Azertag portalına istinadən məlumat verir.
Xəbərin mətni
Şəxsiyyət vəsiqəsi olmayan uşaqların sənədləşdirilməsi və doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks profilaktik və hüquqi tədbirlər də davam etdirilərək 9 uşağın doğum faktının müəyyən edilməsi təmin olunub. Məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilib və hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunub. Bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 8-də keçirilən birgə iclasının gündəliyinə daxil edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında yer alıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.