RU

“Bavariya”nın furbolçusu uzun müddətə sıradan çıxdı

BAKI, 8 may. TELEQRAF

Almaniya təmsilçisi “Bavariya”nın və Kanada millisinin futbolçusu Alfonso Devis uzun müddətə sıradan çıxıb.

Teleqraf xəbər verir ki, buna səbəb UEFA Çempionlar Liqasında PSJ-yə qarşı oyunda aldığı zədədir.

Tibbi müayinədən sonra 25 yaşlı futbolçuda sol budun arxa səthində zədə aşkarlanıb. Onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

“Bavariya” mövsümdə son oyununu mayın 23-də Almaniya Kubokunun finalında “Ştutqart”a qarşı keçirəcək.

Qeyd edək ki, Alfonso Devis bu mövsüm 23 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
57
teleqraf.com

1Источники