RU

Böyük Qayıdış tarixi Zəfərimizin təsdiqinə çevrilir

Böyük Qayıdış prosesi hazıda uğurla davam etdirlir. Genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə so sial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. 2022-2026-cı illər ərzində Böyük Qayıdışın bərpasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilib. Nəzərdə tutulan Dövlət Proqramının həyata keçiriləcəyi təqdirdə 2026-cı ilin sonunadək 34 min ailənin, təxminən 140 min insanın Qarabağa və Şərqi Zəngəzura qayıdışı təmin edilmiş olacaq. Həmçinin müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində kəndlərin, yeni müəssisələrin, təhsil, səhiyyə ocaqlarının, fabrik və zavodların, parkların əsası qoyulur. Torpaqlarımızı işğaldan azad etdiyimiz son bir neçə ildə bu ərazilərin yenidən qurulması və bərpası ilə bağlı böyük layihələr icra olunur. Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq və mədəni irsin qorunması layihələri həyata keçirir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin, kənd və qəsəbələrin bütün infrastrukturu-su, kanalizasiya xətləri, elektrik enerjisi sistemi, yollar yenidən qurulur. Gündən-günə sürətlənən bərpa-quruculuq işlərinin sayəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşurlar. Doğma torpaqlarına qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın müxtəlif ərazilərindəki yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları davamlı olaraq ata-baba yurdlarına yola salınırlar. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə respublikamızın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Sakinlərə evlərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Bu mərhələdə Xocavənd şəhərinə 206 nəfərdən ibarət 57 ailə köçüb.

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, bu bölgələr tezliklə əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.

Zahid Rza, “İki sahil”

Избранный
21
ikisahil.az

1Источники