RU

“İmişli” evdə “Zirə” ilə heç-heçə etdi

Misli Premyer Liqasının XXXI turuna start verilib.

90deqiqe.Az xəbər verir ki, ilk oyun günündə “İmişli” və “Zirə” komandaları üz-üzə gəlib. Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada tərəflər fərqlənə bilməyib və matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra “Zirə” 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İmişli FK isə 33 xalla 9-cu sırada yer alır.

Turun ikinci görüşündə artıq çempionluğunu rəsmiləşdirən "Sabah" “Kəpəz”i sınağa çəkəcək. “Bank Respublika Arena”da baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Misli Premyer Liqasının XXXI turuna mayın 10-da yekun vurulacaq.

Избранный
33
90deqiqe.az

1Источники