"İndiki gənclər daha çox xarici ədəbiyyata meyillənir. Ancaq öz ədəbiyyatımıza da vaxt ayırmaq lazımdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirdi.
Onun sözlərinə görə, indiki dövrdə ədəbiyyatın və fəlsəfənin oynaya biləcəyi əsas rol milli özünüdərkə və milli şüurun formalaşmasına verilən töhfədir:
"Yəni ədəbiyyatın və fəlsəfənin hazırda oynaya biləcəyi ən böyük rol ənənələrin və dəyərlərin qorunmasıdır. Bu gün ədəbiyyat və fəlsəfə dəyərlərin zədələnməsinin və transformasiyasının qarşısının alınmasında mühüm rol oynamalıdır".
NURİYYƏ