Aktyor Müşviq Şahverdiyev restorandakı qiymətdən şikayət edib.
Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, "Karolina rooms" restoranına gedən sənətçi 805 manatdan çox hesab ödədiklərini bildirib.
“6-7 nəfərə bu qədər hesab. Özü də içkisiz. Allah insaf versin”, - Müşfiq paylaşımında yazıb.
Aktyor qəbzin surətini də yayıb. Məlum olur ki, doğrudan da qiymətlər Bakıda orta qiymətlərdən kifayət qədər yüksəkdir. Həmçinin hesaba 73 manat da "servis haqqı" əlavə olunub.

Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта