RU

“Rusiya və Ukrayna arasında üç günlük atəşkəs elan olunub” –TRAMP

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 9-11 may tarixlərini əhatə edən üç günlük atəşkəs barədə razılıq əldə olunduğunu bildirib.

Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

Onun sözlərinə görə, atəşkəs İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunması ilə əlaqədar tətbiq ediləcək.

ABŞ lideri bildirib ki, razılaşma bütün hərbi əməliyyatların dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsini nəzərdə tutur.

Tramp qeyd edib ki, bu təşəbbüs birbaşa onun tərəfindən irəli sürülüb və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən dəstəklənib.

Избранный
10
11
azpost.info

10Источники