Türkiyənin Van vilayətinin Çaldıran rayonunda iş maşınının altında qalan 12 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, hadisə səhər saatlarında Çubuqlu məhəlləsində baş verib. İddiaya əsasən, səbəbi hələlik məlum olmayan hadisə nəticəsində E.K. adlı 12 yaşlı uşaq iş maşınının altında qalaraq ağır xəsarət alıb. Ətrafdakı şəxslərin məlumat verməsindən sonra hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Uşağa ilkin tibbi yardım hadisə yerində göstərildikdən sonra o, təcili yardım avtomobili ilə Çaldıran Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanıb.