RU

Zelenskidən Putinə parad şərti: Atəşi dayandır, Moskvanı bağışlayaq

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin daha əvvəl ABŞ prezidenti Donald Tramp tərəfindən elan olunan üç günlük atəşkəs rejiminə əməl etməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Zelenski eyni zamanda “1000-in 1000-ə” formulu üzrə genişmiqyaslı əsir mübadiləsinə hazırlıq getdiyini də təsdiqləyib.

Ukrayna liderinin sözlərinə görə, Rusiya həqiqətən atəşi dayandırarsa, Kiyev də buna eyni şəkildə cavab verəcək. Zelenski danışıqlarda iştirakına görə Trampa təşəkkür edib və ABŞ-nin Moskvanın atəşkəsə əməl etməsinə nail olacağına ümid etdiyini bildirib.

Zelenski əlavə edib ki, “Qırmızı meydan bizim üçün əsirlərin həyatından daha vacib deyil”.

Beləliklə, Ukrayna tərəfi faktiki olaraq Vladimir Putinin Moskvada Qələbə paradını keçirməsinə etiraz etməyəcəyini, lakin bunun yalnız atəşkəs rejiminə riayət ediləcəyi halda mümkün olacağını bəyan edib.

 

Musavat.com

Избранный
42
43
musavat.com

10Источники