RU

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Məhəmməd Quliyev və Gültac Abdullayevaya Almaniyadan uşaqlarının qaytarılması ilə bağlı paylaşım edib.Bizim.Media xəbər verir ki, aparıcı bu məsələdə özünün və vəkil Elvin Cəbrayılın əməyinin olduğunu bildirib:“Bir hekayə danışacam sizə. Gültacın hekayəsi. Keçən il avqust ayı idi. Əməliyyatdan yenicə çıxmışdım. “Səni Axtarıram”a gələn mesajlara baxırdım. Bir ananın “Bu ailəyə kömək edin" yazısı və atdığı video diqqətimi çəkdi. Videoda Gültac və həyat yoldaşı danışırdı: övladları əllərindən alınmışdı, uşaqlar Fransadan Almaniyaya göndərilmişdi, özlərini də Azərbaycana deport edəcəkdilər.Bir anlıq illər öncəyə döndüm. Almaniyada övladları əlindən alınan başqa bir ailə üçün verdiyimiz mübarizə...Və sonda uğursuz sonluq. Gültaca zəng etdim. Dayanmadan ağlayırdı.Valideynlərini yeni itirmiş, narkozdan saatlar öncə ayılmış biri üçün bunları eşitmək ağır idi. Mən də onunla birlikdə ağlayırdım. Bilmirəm necə oldusa, bəlkə də bir ananı sakitləşdirmək üçün Gültaca dedim: "Rahat ol, uşağını alacağıq".Xəstəxanadan çıxdım və ailə ilə görüşdüm. Ümidsiz, gözüyaşlı ana-ata... Bir-birimizə söz verdik ki, sonuna qədər gedib o uşaqları Vətənimizə geri gətirəcəyik.Bu yolda bizim yanımızda olan, gecə-gündüz çalışan, işinin peşəkarı vəkilimiz Elvin bəy də oldu. Aylarla bu yolda birlikdə yeridik. Bəzən ümidlər bitdi, “mümkünsüzdür" dedik, amma bir gün olsun belə ümidsizlik bizə qalib gəlmədi.

 

Ailənin üstündən deportu götürməyi bacardıq, Almaniyaya yola saldıq. Bu, artıq işin müəyyən mərhələsindəki qələbə idi. Növbəti qələbəmiz uşaqlarla görüşün alınması oldu. Sonra geri alınma məhkəməsi... Aylarla getdi bu məhkəmələr. Bu gün artıq o gündür - qələbə günü. Məhkəmə sonlandı və biz qazandıq. Ailə övladlarına qovuşdu. İnanın, bundan böyük sevincim olmayıb. Çox sevinirəm.

Elvin bəylə birlikdə çıxdığımız bu yol nə qədər çətin olsa da, biz qalib gəlməyi bacardıq.Alqışlanmalıdır! Amma məni üzən bir məqamı qeyd etməliyəm: görəsən bəzi səhifələr bu xəbəri verərkən niyə ailənin fikirlərini tam vermir? Anlayıram, burada kiminsə əməyi var, uğuru var, qələbəsi var. Kiminsə qələbəsini elan etmək, uğuruna sevinmək üçün böyük ürək sahibi olmalısan. Vicdanın gözügötürməzliyə, paxıllığa qalib gəlməlidir. Bu çətindir, bilirəm. İllərdir paxıllığın, gözügötürməzliyin nə olduğunu bilən, ayağının altına atılan daşlara, uğurunun kiçildilməsi üçün edilən hər cür pisliyə sinə gərərək addımlayan biri olaraq deyirəm - immunitetim güclənibSadəcə, tam yaza bilməyəcəyin xəbəri niyə verirsən? Axı nə mən, nə də ailə xahiş etməmişik xəbəri yay. Deməli, xəbəri yaymaq sənin üçün lazımdır: oxunma sayı, yeni izləyicilər və s... Yəni xəbəri verirsənsə, olduğu kimi yazacaqsan!!!!!Çox danışmaq istəmirəm. Qısası, Elvin bəyi və özümü təbrik edirəm. Biz qalib gəldik. Önəmli olan budur”.

Sara, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
bizim.media

2Источники