RU

ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli


Bəzən cəmiyyətlərin böyüklüyü ən sadə mənzərələrdə görünür. İrlandiyanın kənd yolları boyunca rast gəlinən kiçik “dürüstlük” piştaxtaları -- bunun parlaq nümunəsidir. Orada nə satıcı görünür, nə nəzarətçi, nə də sərt qaydalar. Sadəcə olaraq, təzə məhsullar səliqə ilə düzülür və yolçuların vicdanına etibar edilir.
Bu mənzərə ilk baxışda adi görünə bilər. Lakin onun arxasında dərin bir ictimai mədəniyyət dayanır. İnsanların ehtiyac duyduqları qədər götürməsi ; əvəzində isə haqqını ödəməsi cəmiyyət daxilində qarşılıqlı hörmətin, daxili məsuliyyət hissinin və etimadın canlı təzahürüdür.
Belə bir münasibət təkcə alış-veriş forması deyil. Bu, insanlar arasında görünməyən, möhkəm bir mənəvi körpüdür. Cəmiyyətin üzvləri bir-birinə inandıqda, ən sadə gündəlik münasibətlər belə daha səmimi, daha rahat və daha mədəni xarakter alır.
Məhz buna görə də belə piştaxtalar zaman keçdikcə sadəcə yol kənarı ticarət nöqtəsi olaraq qalmır. Onlar bir xalqın davranış mədəniyyətini, ictimai etikanı və qarşılıqlı etimad ənənəsini simvolizə edən nümunəyə çevrilir.
Bu nümunə bir həqiqəti aydın şəkildə göstərir : cəmiyyətin dayanıqlığı yalnız qanunlarla deyil ; insanların daxilində yaşayan vicdanla, ədalət hissi ilə və bir-birinə olan etibarla möhkəmlənir.
İnanırıq ki, belə gözəl münasibətlər, belə təbii etimad mühiti, belə nümunəvi ictimai davranış şüuru tezliklə Azərbaycanda da formalaşacaq. Çünki xalqımızın mənəvi dəyərlərində dürüstlük, hörmət və halallıq həmişə xüsusi yer tutub.
İnanırıq ki, tezliklə Azərbaycanda da belə olacaq.

Müəllif : Qəvami Sadıqbəyli

Избранный
34
nuh.az

1Источники