RU

Rusiyada tanınmış alim və filosoflar xarici agent elan olundu

Rusiyada “xarici agent” siyahısı yenidən genişləndirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi bu dəfə tanınmış filoloq, kulturoloq və filosof Mixail Epşteyni “xarici agentlər” reyestrinə daxil edib.

Hazırda ABŞ-ın Atlanta şəhərində universitet professoru kimi çalışan Epşteyn uzun illər Rusiyanın müstəqil mediasında çıxış edib. O, 2022-ci ilə qədər Novaya Gazeta qəzetinin daimi müəlliflərindən biri olub və “İlin sözü” rubrikasını aparıb.

Yeni siyahıya əlavə edilən digər şəxslər və qurumlar bunlardır:

  • bioloq İqor Yefimov,
  • siyasətçi Anton Mixalçuk,
  • fəallar Andrey Aqapov və Yevgeni Malyugin,
  • həmçinin Kiprdə fəaliyyət göstərən Cyprus Daily News nəşri.

Qeyd olunur ki, Rusiyada “xarici agent” elan olunma proseduru məhkəməsiz həyata keçirilir və qərarı birbaşa Ədliyyə Nazirliyi verir.

Bu status veriləndən sonra həmin şəxslərə və qurumlara qarşı bir sıra məhdudiyyətlər tətbiq olunur:

  • xüsusi maliyyə hesabatlığı,
  • siyasi fəaliyyət qadağası,
  • maarifləndirici fəaliyyətin məhdudlaşdırılması,
  • Rusiya təşkilatlarına rəhbərlik etməyə qadağa
    və digər məhdudiyyətlər.

Musavat.com

Избранный
82
musavat.com

1Источники